Gürcüstanda koronavirusa yoluxma kəskin artdı

Gürcüstanda koronavirusa yoluxma kəskin artdı

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 4960 nəfərə çatıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 296 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb, 60 nəfər sağalıb.

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 4960 nəfərə çatıb.

İndiyədək ümumilikdə Gürcüstanda 1819 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 27 nəfərdir.

Hazırda 5584 nəfər karantindədir,  836 nəfər xəstəxanada həkim nəzarəti altındadır.

781 nəfər otellərdə karantinə salınıb.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR