Gürcüstanda koronavirusa yoluxanların sayı 175 minə yaxınlaşır

Gürcüstanda koronavirusa yoluxanların sayı 175 minə yaxınlaşır

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4734 yoluxma halı qeydə alınıb, sağalanların sayı 3895, ölənlərin sayı 38 nəfər olub.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 174383  nəfərə çatıb. Qeyd edilir ki, 145287 nəfər sağalıb. Ümumi ölənlərin sayı 1614 olub.

Karantin rejimində 1126 vətəndaş, stasionarda müşahində altında 6900 vətəndaşdır.

Bununla yanaşı, mehmanxanalarda 3689 insan qalmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR