Gürcüstanda koronavirusa yoluxanlar artdı

Gürcüstanda koronavirusa yoluxanlar artdı

Gürcüstanda ötən sutka ərzində koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb.

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki,  Gürcüstanda ötən sutka ərzində koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb.

“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 1830 nəfərə çatıb.

Bununla yanaşı, ötən gün ərzində 9 xəstə sağalaraq evə buraxılıb, indiyədək ümumilikdə Gürcüstanda 1334 nəfər bu xəstəlikdən sağalıb.

Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir.

Hazırda 5882 nəfər karantindədir.

41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.

Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.

Qeyd edək ki, Gürcüstanda ümumi youxanların 72.9 faizi sağalıb, cəmi 1.04 faizi vəfat edib. Son zamanlar bu ölkədə koronavirusa yoluxanların sayında artım qeydə alınmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR