Gürcüstanda koronavirusa görə tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti ləğv edilir

Gürcüstanda koronavirusa görə tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti ləğv edilir

Bu barədə baş nazir postuna namizəd İrakli Qaribaşvili parlamentdə çıxış edərkən bildirib.

Rasthaber Azərbaycan “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda pandemiya səbəbi ilə tətbiq edilən məhdudiyyətlərin bir hissəsi bu həftə ləğv ediləcək.

Bu barədə baş nazir postuna namizəd İrakli Qaribaşvili parlamentdə çıxış edərkən bildirib.

Xatırladaq ki, Qaribaşvili bu gün parlamentə nazirlər kabinetinin yenilənmiş tərkibini və öz hakimiyyət proqramını təqdim edib. Baş nazirliyə namizəd hazırda deputatların suallarını cavablandırır, bundan sonra isə hökumətə etimad məsələsi plenar iclasda müzakirə ediləcək.

Mən tənzimləmələrin yumşaldılmasına, qış kurortlarının açılmasına, Tbilisi və Rustavi arasındakı nəqliyyatın açılmasına, vaksinasiyaya dair məsələləri birləşdirdim və deyə bilərəm ki, bu həftə bizdə koordinasiya şurasının iclası olacaq və oradan da biz tənzimləmələrlə bağlı konkret yumşaldılmalar barədə elan edəcəyik. Deyə bilərəm ki də, həmin tənzimləmələrin 80%-i artıq bu həftə ləğv ediləcək”, – deyə o qeyd edib.

O, həmçinin əlavə edib ki, Gürcüstana ilk vaksinlər artıq martda daxil olacaq və ilin sonunadək əhalinin 70 faizini vaksinasiya ediləcək.

Xəbəri paylaş

VİDEOLAR