Ölkədə koronavirusa görə işsiz qalan vətəndaşlara 6 ay müddətində 150 lari ödəniləcək.
24News.ge xəbər verir ki, bu barədə Beynəxalq Valyuta Fondundan bildirilib.
Məlumata əsasən, bu məbləğ gəlir vergisi ödəyən və virus epidemiyasına görə işsiz qalan vətəndaşlara ödəniləcək.
"6 ay ərzində son zamanlar mövcud hadisələr nəticəsində işlərini itirən şəxslərə aylıq 150 larilik (81 AZN) işsizlik subsidiyası veriləcək. Bu qayda gəlir vergisi ödəyən vətəndaşlara, hansılar ki, biznes fəaliyyətini dayndırıb elə buna görə də sözügedən yardım onlara ayrılacaq. Bununla yanaşı işçilərini saxlayan biznes sektorları da yardım alacaqlar. Hökumət 9 əsas import məhsuluna da subsidiyalar ayıracaq. Həmin məhsullar bunlardır: Un, taxıl, makaron, düyü, yağ, şəkər, süd, lobya və qarabaşaq məhsullarıdır.
Dövlət, koronavirusdan sonrakı dövr üçün iqtisadiyyatın dirçəlişinə kömək etmək üçün, kredit qarantiyası sxeminin qüvvəyə minməsini də müzakirə edəcək", - deyə məlumatda bildirilir.