Gürcüstanda Koronavirus: Sağalma sayı yoluxma sayını keçdi

Gürcüstanda Koronavirus: Sağalma sayı yoluxma sayını keçdi

Gürcüstanda ötən sutkada koronavirusa 3216 yeni yoluxma faktı qeydə alınıb, 3.937 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

Rastahber  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 135584-ə çatıb. Yoluxanların 113986 nəfər sağalıb, 1267 nəfər isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2104, stasionar nəzarətdə 6383 nəfər saxlanılır. 3857 nəfər isə xüsusi otellərdə müalicə olunur. 52822 nəfər özünü təcrid edib.

Xəbəri paylaş

VİDEOLAR