Gürcüstanda İmam Mehdinin mövludu qeyd edilir - FOTO

Gürcüstanda İmam Mehdinin mövludu qeyd edilir - FOTO

Dünəndən etibarən Gürcüstanda İmam Mehdinin mövludu ilə bağlı mrəasimlər təşkil olunur

Rasthaber xəbər verir ki, Marneulidə yerləşən İmam Hüseyn (ə) adına məscidin mərasim zalında Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) mübarək mövludu münasibəti ilə bayram mərasimi keçirilib.

İmam Hüseyn (ə) məscidində ruhaniləri və möminlərinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə Quran təlim kurslarında iştirak edən tələbələr və valideynləri iştirak edib.
Bundan başqa Marneulinin Candar kəndi, İmam Sadiq (ə) adına məsciddə də Allahın son höccəti Həzrət İmam Zamanın (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirilib. Tədbirdə yerli din xadimləri və ətraf rayon və kəndlərdən dəvət olunan müsəlmanlar iştirak edib.

Xəbəri paylaş

VİDEOLAR