Gürcüstanda iki həftəlik tətil və məhdudiyyətlər başlayır

Gürcüstanda iki həftəlik tətil və məhdudiyyətlər başlayır

15 yanvaradək ölkədə aşağıdakı məhdudiyyətlər qüvvədə olacaq...

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, bu gündən 15 yanvaradək ölkədə qeyri-iş günləri elan edilib.

Həftəsonları həm dövlət, həm də özəl müəssisələr işləməyəcək, banklar, strateji təyinatlı obyektlər, çatdırılma xidmətləri və KİV-lərdən başqa.

15 yanvaradək ölkədə aşağıdakı məhdudiyyətlər qüvvədə olacaq:

  • 8 iri şəhərdə – Tbilisi, Rustabi, Kutaisi, Batumu, Qori, Zuqdidi, Poti və Telavıdə bələdiyyə nəqliyyatının işi qadağan edilir;
  • Həmin şəhərlərdə ticarət obyektlərinin işi qadağan edilir, ərzaq mağazaları, ev heyvanları üçün yem mağazaları, apteklər, baytar aptekləri, məişət kimyası və gigiyena mağazaları, həmçinin qasidlərdən başqa;
  • Şəhərlərarası nəqliyyatın işi qadağan edilir (minik avtomobillərinə şamil edilmir);
  • Əşya və tikinti-təmir bazalarının işi qadağan edilir;
  • Mədəniyyət və əyləncə tədbirlərinin keçirilməsi qadağan edilir;
  • İdman zalları, fitnes-mərkəzləri və basseynlərin işi qadağan edilir;
  • Bütün mümkün konfranslar, təlimlər, mədəni və əyləncəvi tədbirlərin keçirilməsi qadağan edilir;
  • İdman, rəssamlıq və mədəniyyət studiyalarının işi qadağan edilir;
  • Ölkə miqyasında qidalanma obyektləri və restoranların qadağan edilir (alıb aparma istisna);
  • 21:00-dan 05:00-dək hərəkət qadağan edilir, istisna yalnız 31 dekabrdan 1 yanvara keçən, həmçinin 6 yanvardan 7 yanvara keçən gecələr təşkil edir;
  • Qoruyucu maskalardan mütləq istifadə, o cümlədən də açıq havada;
  • Həm özəl, həm də dövlət uşaq bağçaları, məktəbləri və ali təhsil ocaqları distant iş rejiminə keçir.

16 yanvardan 31 yanvaradək isə şəhər və şəhərlərarası nəqliyyat, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyəti bərpa edilir. Lakin həftəsonları onlar işləməyəcəklər.

Xəbəri paylaş

VİDEOLAR