Hazırda Gürcüstan həbsxanalarında 104 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
Rasthaber Gürcüstan mediasına istinadən xəbər verir ki, bu göstərici ölkənin Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatında əks olunub.
Aylıq müqayisədə qonşu ölkədə həbs cəzasına məhkum olunan Azərbaycan vətəndaşlarının sayı 1 nəfər artıb.
Qonşu ölkədə ittiham olunan Azərbaycan vətəndaşlarının sayı 6-sı kişi, 4-ü qadın olmaqla 10 nəfər təşkl edir. Məhkumların sayı isə 94 nəfərdir. Onların 85-i kişi, 9-u isə qadındır.
Gürcüstanda 29 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır. Həmin şəxslərin 28-i kişi, 1-i qadındır.