Gürcüstanda bir kənd koronavirusa görə təcrid edildi

Gürcüstanda bir kənd koronavirusa görə təcrid edildi

Təkcə Laituri kəndində son sutka ərzində 11 yoluxma qeydə alınıb.

Rasthaber  xəbər verir ki, Gürcüstanın Quriya regionunun Ozurgeti rayonunda epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı Laituri kəndi qapadılıb.

Koronavirus infeksiyasına yoluxma hallarının artmasına görə adıçəkilən yaşayış məntəqəsinə giriş-çıxış məhdudlaşdırılıb. Regionda tədris prosesi də dayandırılıb.

Təkcə Laituri kəndində son sutka ərzində 11 yoluxma qeydə alınıb.

Kənddə termoskrininq və geniş epidemioloji araşdırma keçirilir. Quriya regionunda yoluxma sayı 84 nəfərə çatıb.

Xəbəri paylaş

VİDEOLAR