Gürcüstanda gündəlik koronavirusa yoluxma statistikasında artım qeydə alınıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1550 yoluxma halı qeydə alınıb, sağalanların sayı 494 , ölənlərin sayı 15 nəfər olub.
Az.rasthaber.com xəbər verir ki, bu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 249465 nəfər koronavirusa yoluxub, 235130 nəfər sağalıb, 2970 nəfər isə vəfat edib.