Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.
Gürcüstanın Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.
Kənddə koronavirusa son yoluxma halı mayın 16-da qeydə alınıb. Artıq Getada sərt karantin rejiminin ləğvi ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, indiyədək Bolnisi üzrə COVID-19-a 186 nəfər yoluxub. Onların 114-ü sağalıb, 4-ü isə vəfat edib.