Xarici vətəndaşlar üçün COVID-19-dan sığorta məcburi və əlçatan olacaq.
Gürcüstan hökuməti sığorta şirkətləri ilə birgə ölkəyə səfər edəcək turistlər üçün koronavirusdan sığorta paketinin hazırlanması məsələsini nəzərdən keçirir.
Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, paketin dəyəri hələ müəyyən edilməyib.
Xüsusi sığorta paketinin gündəlik tarifinin 1 – 1,5 ABŞ dolları olacağı gözlənilir.
Xarici vətəndaşlar üçün COVID-19-dan sığorta məcburi və əlçatan olacaq.
Qeyd edək ki, Gürcüstan sərhədlərini turistlər üçün iyulun 1-də açmağı nəzərdə tutsa da, bu tarix avqustun 1-nə keçirilib.