Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2316 yoluxma halı qeydə alınıb, sağalanların sayı 382, ölənlərin sayı 18 nəfər olub.
Rasthaber Azərbaycan xəbər verir ki, bu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 232079 nəfər koronavirusa yoluxub, 222787 nəfər sağalıb, 2646 nəfər isə vəfat edib.
Karantində 377 nəfər, stasionarda 4012, Covid otellərdə 763 nəfər var.