Gürcüstan Türkiyə və Azərbaycanla quru sərhədlərini açdı

Gürcüstan Türkiyə və Azərbaycanla quru sərhədlərini açdı

Gürcüstan bu gündən etibarən, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açıb

Rasthaber Azərbaycan-ın məlumatına görə, bu barədə Gürcüstanın baş nazir yanında Koronavirusla mübarizə üzrə qurumlararası şurasının qərarında deyilib.

Qərar Qurumlararası Koordinasiya Şurasının (QKŞ) iclası zamanı qəbul edilmişdi.

Ölkə sərhədini tam vaksinasiyaya dair sənəd və ya son 72 saatda edilmiş PZR-testin mənfi nəticəsi ilə keçmək olacaq.

“Belə olan halda, Gürcüstana PZR-test ilə gələn şəxslər növbəti 72 saat ərzində təkrar PZR-testdən keçməlidirlər”, – deyə QKŞ rəsmisi Girogi Gibradze məlumat verib.

Qeyd olunur ki, ölkənin quru sərhədləri 2020-ci ilin martından bağlı idi.

Xəbəri paylaş

VİDEOLAR