Gürcüstan prezidenti Saakaşvilini əsla əfv etməyəcəyini bəyan etdi

Gürcüstan prezidenti Saakaşvilini əsla əfv etməyəcəyini bəyan etdi

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, məhkum eks-prezident Mixail Saakaşvili ilə bağlı mövqeyini dəyişməyəcək – o, əfv edilməyəcək.

Keçmiş prezidentin bağışlanması ilə bağlı mənim mövqeyim möhkəm və dəyişməzdir – yox və heç vaxt. Sabiq prezident nə siyasi məhbusdur, nə də günahsız qurban. O, ölkəyə qeyri-qanuni yolla daxil olmuş məhkumdur. Onun gəlişinin məqsədi ölkədəki vəziyyətin sabitliyinin pozulması idi”, – deyə Zurabişvili qeyd edib.

Az.rasthaber.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan prezidentinin sözlərinə görə, Saakaşvilini “xüsusi məhbus hesab etmək lazımdır” və bu, penitensiar xidmət və hakimiyyət tərəfindən xüsusi diqqət tələb edən məsələdir.

Yüksək ictimai və siyasi marağa əsaslanaraq, o, xüsusi məhbus hesab edilməlidir və bu, penitensiar administrasiya və hakimiyyətdən xüsusi diqqət və bütün tədbirlərin görülməsini tələb edir ki, onun sağlamlığının pisləşməsi siyasi spekulyasiya və ya destabilizasiya məqsədi ilə istifadə edilməsin. Bu, maksimum şəffaflıq və onun sağlamlığının pisləşməsinin istənilən əlamətlərinə vaxtlı-vaxtında reaksiya tələb edir”, – deyə dövlət başçısı bildirib.

Xəbəri paylaş

VİDEOLAR