Gürcüstan prezidenti Belarusdakı olaylara reaksiya verdi

 Gürcüstan prezidenti Belarusdakı olaylara reaksiya verdi

Gürcüstan prezidenti Salome Zurabişvili Belarusdakı hadisələrə reaksiya verib.

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Prezident administrasiyasının saytında yerləşdirilən bəyanatda deyilir ki, Gürcüstan Avropa dəyərlərinə hörmət edir və inkişaf, tərəqqi və iki dost dövlətin Avropa ailəsinə geri dönməsinə əsaslanan demokratik prinsiplərin tərəfdarıdır.

“Biz ümid edirik ki, hazırkı proses elə başa çatacaq ki, Belarusun demokratik və Avropa gələcəyinə ziyan vurmayacaq və mane olmayacaq”, – deyə bildirib və qeyd edib ki, Gürcüstan istənilən zorakılığa qarşıdır.

O, Belarus və onun xalqının öz gələcəyini demokratik yollarla həll edəcəyinə inandığını əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR