Giorqi Qaxariya BMT-in Ümumdünya Turizm Təşkilatının (UNWTO) 112-ci iclasının açılışında çıxış edib.
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya BMT-in Ümumdünya Turizm Təşkilatının (UNWTO) 112-ci iclasının açılışında çıxış edib.
“Gürcüstan “yaşıl ölkə” statusunu almağı bacarıb və bu gün beynəlxalq arenada ən təhlükəsiz ölkələrdən biridir. (Bu,) bizə böhrandan sonrakı dövrdə yeni iqtisadi inkişaf mərhələsini başlatmaq imkanı verir”, – deyə o bildirib.
Qaxariya deyib ki, postböhran dövründə dünya üçün ən mühüm iqtisadi bərpa hadisələrindən biri də turizmin bərpası tendensiyası olacaq və “biz bu prosesdə pioner olmaq istəyirik, turizm sektorunun təhlükəsizliyi sahəsindəki əldə etdiyimiz təcrübə bizə bunun üçün əsas verir”.
“Düşünürük ki, turizm sektoru üçün Gürcüstanda postböhran dövrü fürsət olmalıdır”, – deyə o əlavə edib.