Məhdudiyyətlər Tbilisi ilə Münhen (Almaniya), Paris (Fransa) və Riqa (Latviya) arasındakı reyslərə şamil edilmir
Gürcüstan hakimiyyəti beynəlxalq hava nəqliyyatının məhdudiyyətini cari ilin 31 dekabrınadək (daxil olmaqla) müntəzəm uzatmaq qərarı qəbul edib.
Məhdudiyyətlər Tbilisi ilə Münhen (Almaniya), Paris (Fransa) və Riqa (Latviya) arasındakı reyslərə şamil edilmir.
Digər istiqamətlər üzrə müntəzəm hava nəqliyyatının mərhələli bərpası ilə bağlı qərar epidemioloji vəziyyətə əsasən qəbul edilir.
Xatırladaq ki, müntəzəm beynəlxalq hava nəqliyyatı cari ilin mart ayında koronavirusa görə dayandırılıb. 30 sentyabrda onu bərpa etmək planşaldırılsa da, ölkə epidemioloqları bu həftə ikinci dalğanın başlaması barədə rəsmi bəyanatla çıxış ediblər.