Gürcüstan müntəzəm hava reyslərinə tətbiq etdiyi qadağanı 1 fevraldan ləğv edir

Gürcüstan müntəzəm hava reyslərinə tətbiq etdiyi qadağanı 1 fevraldan ləğv edir

Bu ilin fevralın 1-dən Gürcüstan hökuməti müntəzəm aviauçuşlara tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırır.

Az.Rasthaber.com xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava məlumat verib.

“Gürcüstanda işləyən bütün aviaşirkətlər, həmçinin Gürcüstan bazarına girmək arzusunda olan yeni aviaşirkətlər müntəzəm aviauçuşlar planlaya bilərlər. Əlbəttə ki, bu bütün səhiyyə və tibbi protokollar əsasında baş verəcək. Bir çox aviaşirkətlər artıq bunu edirlər, odur ki, bu əlavə təhlükələr yaratmayacaq.”, -deyə Turnava vurğulayıb.

 

Xəbəri paylaş

VİDEOLAR