Gürcüstan koronavirusla bağlı hələ də yaşıl zonadadır

Gürcüstan koronavirusla bağlı hələ də yaşıl zonadadır

Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçıs Amiran Qamkrelidze açıqlayıb

Rasthaber Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçıs Amiran Qamkrelidze bildirib ki, Gürcüstan hələ də “yaşıl zonadadır”.

Onun sözlərinə görə, insidentlərin orta statistikasına əsasən, son bir həftə ərzində ölkədə koronavirus hallarının artmasına baxmayaraq, Gürcüstan hələ də “yaşı zonadadır”.

“İnsidentlərin orta statistikasına əsasən, bu gün bizdə hər 100 min sakinə 1,74 yoluxma var, bu, o deməkdir ki, Gürcüstan “yaşıl zonada” qalmaqdadır, lakin bizdə son 4-5 gündə artım var, buna görə də biz hamımız halların artma göstəricisini durdurmalıyıq. Ölkədə test göstəricisi genişləndirilib: avqustda 4665 test var idi, sentyabrda 7961, 4 sentyabrdan isə 8259 test”, – deyə o bildirib.

O qeyd edib ki, beynəlxalq müqayisə göstəricisinə əsasən, Gürcüstan əvvəlkitək ən təhlükəsiz ölkələrdən biridir.

“Bu göstəricini saxlamaq üçün əməkdaşlıq etmək və tətbiq edilən bütün məsləhətləri yerinə yetirmək lazımdır”, – deyə Qamkrelidze əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR