Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.
Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.
Nazir bildirib ki, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, digərləri Gürcüstan vətəndaşlarıdır.
Digər beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.