Gürcüstan höküməti yol qəzasına görə 1 günlük matəm elan etdi

Gürcüstan höküməti yol qəzasına görə 1 günlük matəm elan etdi

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər dünyasını dəyişib, 3 nəfər ağır xəsarətlər alıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Maşın təxminən 80 metr hündürlükdən düşüb.

Şahidlərin sözlərinə görə, mikroavtobus yüksək sürətlə hərəkət edərkən boş yük avtomobilinə çırpılıb və daha sonra aşağı aşıb.

Bundan sonra  Şatili kəndində baş vermiş avtoqəza ilə bağlı 25 avqust Gürcüstanda matəm günü elan edilib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

Müvafiq sərəncamı Gürcüstan Baş naziri Giorqi Qaxariya imzalayıb.

Sənədə əsasən, matəm günü ilə bağlı Gürcüstanda bütün inzibati binalardakı dövlət bayraqları bir az endiriləcək.

Xəbəri paylaş

VİDEOLAR