Gürcüstan müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtını iyulun 31-dək uzadıb.
Rasthaber Azərbaycan "24news.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 31-dək davam etdiriləcək, uçuşların bərpa edilməsi qərarı dünyada epidemioloji vəziyyət nəzərə alınaraq qəbul ediləcək.
"Vətəndaşları müntəzəm hava nəqliyyatı bərpa olunana qədər hər hansı istiqamətdə bilet almaqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.