Gürcüstan Azərbaycanın, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir - Nazirlər

Gürcüstan Azərbaycanın, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir - Nazirlər

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir.

Azərbaycan və Gürcüstan hər zaman bir-birlərinin suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüklərini birmənalı olaraq dəstəkləyiblər. Bu dəstək beynəlxalq platformalarda da açıq şəkildə ifadə olunur. 

Rasthaber xəbər verir ki, bu fikirlər Azərbaycan və Gürcüstan XİN başçılarının birgə mətbuat brifinqində səslənib.

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani çıxışı zamanı deyib: "Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib, dəstəkləyəcək."

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir.

Xəbəri paylaş

VİDEOLAR