ABŞ prezidenti Donald Trump, ölkənin 2020-ci il üçün 738 milyard ABŞ dolları olan müdafiə büdcəsini təsdiqləyib.
ABŞ prezidenti Donald Trump, ölkənin 2020-ci il üçün 738 milyard ABŞ dolları olan müdafiə büdcəsini təsdiqləyib. Ayrılan büdcə xarici əməliyyatların xərclərini də əks etdirir.
Rasthaber Azərbaycan report.ge-yə istinadən xəbər verir ki, ABŞ prezidenti tərəfindən təsdiq olunan sənədə görə, ABŞ dövlət xaricində müdafiələri gücləndirmək üçün 71,5 milyard dollar xərcləyəcək.
Sənəddə Gürcüstanın ABŞ-ın vacib tərəfdaşı olduğu dəfələrcə qeyd edilib, bu da iki ölkə arasındakı əməkdaşlıqı təsdiqləyir həmçinin Gürcüstan hərbçilərinin NATO əməliyyatlarında iştirakını.
Sənəddə qeyd olunub ki, Gürcüstanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" təşəbbüsündə iştirakı ABŞ və NATO ilə əməkdaşlıq, habelə bölgədə sakit vəziyyətin yaradılması üçün böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, "ABŞ Milli Müdafiə Səlahiyyət Qanunu" dekabrın 11-də Konqres tərəfindən təsdiqlənib.