İranın Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi deyib: “Əgər Amerika aidiyyəti olmayan məsələlər və tələblər irəli sürməsə, təhdid və hədə-qorxuları bir kənara qoysa, razılığa gəlmək üçün yaxşı imkan var.”
Az.rasthaber.com xəbər verir ki, siyasi məsləhətləşmələrin üçüncü raundunu keçirmək üçün Serbiyada səfərdə olan İranın Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi Belqrad Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunda bir qrup səfir, diplomat və ziyalının iştirakı ilə keçirilən iclasda “İran İslam Respublikasının xarici siyasəti: çağırışların və imkanların izahı; Balkanların və Qərbi Asiyanın regional və beynəlxalq sülh və sabitliyin bərqərar edilməsində rolunun araşdırılması” mövzusunda çıxış edib.
İclasda Məcid Təxt-Rəvançi hökumətin nüvə məsələsinə yanaşmasına toxunaraq deyib: “İran İslam Respublikası keçmişdə olduğu kimi və əməkdaşlıq siyasətinə uyğun olaraq, öz sülhməramlı nüvə proqramını müzakirə etməyə hazırdır və son bir neçə ay ərzində Çin, Rusiya və üç Avropa ölkəsi ilə danışıqlar aparır.”
İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı Maskatda keçiriləcək dolayı danışıqlara toxunan diplomat deyib: “Əgər Amerika aidiyyəti olmayan məsələlər və tələblər qaldırmasa, təhdid və hədə-qorxudan əl çəksə, razılığa gəlmək üçün yaxşı imkan var. İran İslam Respublikası qarşılıqlı hörmətə əsaslanan dialoq və qarşılıqlı fəaliyyətə inanır və biz hər cür zorakılıq və təzyiqi rədd edir.”