Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, siyahıda Yevgeni Priqojin və Dmitri Utkinin də adları yer alır.
Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, göyərtəsində Yevgeni Priqojinin olduğu təyyarənin Tver vilayətində qəzaya uğradığı yerdə xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.