Google və Amazon şirkətlərinin 400-dən çox işçisi fələstinlilərə qarşı qeyri-insani hərəkətlərinə görə İsrail rejiminə sanksiyanın tətbiq edilməsini istəyib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Google və Amazon şirkətlərinin 400-dən çox işçisi "Guardian" qəzetində çap olunan açıq məktubda bildirib ki, İsrail rejimi irqçi bir rejim olub, heç bir dəlil olmadan fələstinliləri qətlə yetirir, buna görə bu rejim ordusu ilə həmkarlıq dayandırılmalıdır.
Bu açıq məktubun bir hissəsində belə deyilir: "Bizim sahibkarlarımız sionist rejim ordusuna təhlükəli texnologiya satmaq üçün Nimbus planı adı altında bir müqavilə imzalayıblar. Bu texnologiya sionist rejim ordusunun fələstinlilərə qarşı mütəşəkkil ayrı-seçkilik və didərginlik salmasını daha qəddar və daha ölümcül formada mümkün edir".
Nimbus planı, İsrail qüvvələrinin müxtəlif məlumatları saxlamaq və fələstinlilərdən casusluq etmək istiqamətində öz bulud serverlərini işə sala bilməsi üçün sionistlərə bulud hesablama xidmətləri təqdim etmək məqsədilə həyata keçirilir