Gəncədə Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü qeyd edilib

Gəncədə Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü qeyd edilib

Gəncədə Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü qeyd olunub.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, konsulluğun əməkdaşları və bölgədə çalışan media nümayəndələri iştirak edib. Baş konsul Zeki Öztürk bildirib ki, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri, - 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub: “Türk ordusu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib”.

Konsul qeyd edib ki, 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 

Z. Öztürk jurnalistlərə açıqlamasında qeyd edib ki, keçmişdə olduğu ki, Türkiyə yenə də  Azərbaycanla birlikdədir: “Atatürkün söylədiyi kimi, “kədəriniz kədərimiz, sevinciniz sevincimizdir”. Heydər Əliyevin söylədiyi kimi, “iki dövlət, bir millət” olaraq hər an Azərbaycanın yanında olacağıq. Bu gün bu bayramı birlikdə sevinclə qeyd edirik. İnşallah, bu zəfəri Qarabağda qeyd edəcəyik”. 

Z. Öztürk bildirib ki, Türkiyə və Azərbaycan hər bir sahədə olduğu kimi, beynəlxalq aləmdə hər zaman bir-birinin yanındadır: “Türkiyə bunu Tovuzda erməni təxribatı yaşanan zaman göstərdi. O cümlədən  Prezident İlham Əliyev Yunanıstanın yeni səfirini qəbul edərkən Türkiyəni açıq şəkildə müdafiə edib. Beynəlxalq tədbirlərin birində Prezident İlham Əliyev “burada Türkiyə yoxdursa, Azərbaycan var” demişdi.

Xəbəri paylaş

VİDEOLAR