Danimarkanın paytaxtı Kopenhagendə 100 kiloqram kokain qaçaqmalçılığı ilə məşğul olan 6 rusiyalı tutulub.
Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.
Qeyd olunur ki, onlar narkotikləri Baham adalarında qeydiyyatdan keçən və İsveçin Helsinborq Sankt-Peterburqa hərəkət edən "Duncan İsland" gəmisi ilə keçirmək istəyiblər.
Ekipaj üzvü olan 5 rusiyalı və onları sahildə gözləyən başqa bir şəxs həbs olunub. Onlardan əlavə, Danimarka polisi daha 21 nəfər tutub. Ekipaj üzvləri arasında Ukrayna, Polşa, Ekvador, Filippin və Latviya vətəndaşları da var.