Global Times: Avropa NATO-nun Rusiyaya qarşı təxribatlarının qurbanına çevrilib

Global Times: Avropa NATO-nun Rusiyaya qarşı təxribatlarının qurbanına çevrilib

Davam edən Ukrayna böhranı göstərir ki, Avropa NATO-nun Rusiyaya qarşı təxribatlarının qurbanına çevrilib.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalist Syu Lyu Çin nəşri olan “Global Times” üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, Avropa Ukrayna böhranının nəticələrindən ciddi şəkildə təsirlənib: “Avropa, enerji böhranı, kəskin qiymət artımı ilə mübarizə aparmalıdır. Nəticədə əsas Avropa ölkələri tənəzzüllə üzləşir ki, bu da siyasi və sosial qeyri-sabitliyə səbəb ola bilər”.

Müəllif onu da qeyd edir ki, Avropa və ABŞ-ın Rusiyaya münasibəti fərqlidir:

“Avropa üçün Rusiya ondan uzaqlaşa bilməyəcəyi qonşudur, amma ABŞ üçün bu belə deyil. ABŞ-ın Soyuq Müharibədən bəri başqa böyük gücə sahib dövlətlə silahlı münaqişə təcrübəsi olmayıb və Vaşinqtonun hərbi nüfuzu əslində kifayət qədər məhduddur .

Heç kim şübhə etmir ki, Çin və Rusiyanın böyük əks-hücum potensialı var. Əgər Avropa Çin və Rusiyanın əsas maraqlarını pozmaq istəyən ABŞ-ın ardınca getsə, sərt şəkildə cavablandırılacaqlar. ABŞ isə Avropanın təhlükəsizliyinə zəmanət verə bilməyəcək”.

Xəbəri paylaş

VİDEOLAR