General Səlamidən sionistlərə XƏBƏRDARLIQ

General Səlamidən sionistlərə XƏBƏRDARLIQ

“Sionistlər yaxşı bilirlər ki, “xeybərilər” kimlər idilər”-deyən İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bildirib ki, əgər sionist rejim səhv edərsə, bir Beytülmüqəddəs əməliyyatı bəs edər.

Az.rasthaber.com xəbər verir ki, Beytülmüqəddəs əməliyyatı İraqdakı Bəəs rejiminin İrana hücumu zamanı həyata keçirilən İran silahlı qüvvələrinin ən mühüm və ən böyük əməliyyatlarından biri olub.

Bu əməliyyatda İranın işğal edilmiş 5038 kvadrat-kilometrlik ərazisi, o sıradan Xürrəmşəhr və Hoveyze şəhərləri, eləcə də “Həmid” kazarması və Əhvaz-Xürrəmşəhr yolu İraqdakı Bəəs rejiminin caynağından azad edildi.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor pasdar Hüseyn Salami son zamanlar Suriyanın “Xan Tuman” bölgəsində aşkar edilmiş beş hərəm müdafiəsi şəhidinin Tehranda keçirilən dəfn mərasimində deyib: Bugünkü qəhrəman- Hizbullah, böyük, hazır və motivasiyalı bir gücdür və əgər sionist rejim öz hesablamalarında yanılarsa, bir Beytülmüqəddəs əməliyyatı bəs edər.

Müqavimətin düşmənlər üzərindəki qələbələrinə toxunan general Salami əlavə edib: Sionistlərə cəhənnəm yaratmaq üçün Livanda yüz mindən çox raket, atılmağa hazırdır.

Amerika dünyanın hərbi büdcəsinin 50%-nə malikdir- deyən, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bildirib ki, amerikalıların bu gün İslam dünyasında birbaşa iştirak üçün yeri yoxdur. Fəratın şərqində bir guşədən və İraqda iki-üç kazarmadan ibarət kiçik bir hüduddan savayı, onlardan bir şey qalmayıbdır.

General Salami vurğulayıb ki, zahirən böyük güclərin sümükləri müsəlmanlar tərəfindən sındırılıbdır.

Xəbəri paylaş

VİDEOLAR