General Səlami: Livanda yüz mindən çox raket hazır vəziyyətdədir

General Səlami: Livanda yüz mindən çox raket hazır vəziyyətdədir

“Sionistlərə cəhənnəmi təcəssüm etdirmək üçün Livanda yüz mindən çox hazır vəziyyətə gətirilmiş raket var.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı general Hüseyn Səlami deyib.

Suriyada həlak olan iranlı hərbçilərin anım mərasimində çıxış edən Səlami İsrailə xəbərdarlıq edərək, Livanda 100 mindən çox raketin hazır vəziyyətdə olduğunu bildirib.

“Övladlarınızın düşmən gəmiləri ilə necə qarşı-qarşıya gəldiyini gördünüz.. Düşmən bunu anladı.. Livanda sionistlər üçün cəhənnəmi təcəssüm etdirməyə hazır vəziyyətdə yüz mindən çox raket var.. Bu gün Hizbullah sionistlər üçün yeni Xeybər yarada bilər... Bu, şərait yaratmaq üçün kifayətdir.. Əgər sionist düşmən hesablamalarında səhv edərsə cavabını alacaq”, deyə Sepah komandanı əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR