General Səlami: İstənilən hərbi təhlükəyə qarşı müqavimətə tam hazırıq!

General Səlami: İstənilən hərbi təhlükəyə qarşı müqavimətə tam hazırıq!

İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami deyib: “Biz istənilən hərbi təhlükəyə qarşı müqavimətə tam hazırıq”.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu general-mayoru Hüseyn Səlami İqtisadi Sənaye Günü münasibətilə Müdafiə Nazirliyinin təşkil etdiyi Hava Hücumundan Müdafiə Sərgisində iştirak edib.

General-mayor Səlami sərginin müxtəlif stendlərində olub və Müdafiə Nazirliyi tərəfindən hazırlanmış yerli və milli məhsullar haqqında məlumat alıb.

General-mayor Səlami burada verdiyi açıqlamada, ölkənin qüdrətini gücləndirən İran müdafiə sənayesinin əldə etdiyi nailiyyətləri “qürurverici” olaraq qiymətləndirib.

İran Silahlı Qüvvələrinin müdafiə sahəsində müxtəlif məhsullara malik olduğunu izah edən general-mayor Selami deyib: "Bu bölgələrdə heç bir çatışmazlıq yoxdur. Hər hansı hərbi təhlükəyə qarşı tam hazırıq".

Qeyd edək ki, Tehranda keçirilən Hava Hücumundan Müdafiə Sərgisində, elektron döyüş sistemləri, pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri və qanadlı raketlər kimi məhsullar təqdim edilib.

Xəbəri paylaş

VİDEOLAR