İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami sionist İsrailin bölgədə olmasına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı, general-mayor Hüseyn Səlami dünən ölkənin cənubundakı Bəndər Abbasda keçirilən tədbirdə çıxış edib.
General-mayor Səlami çıxışında bildirib:
"İran İslam Respublikasının milli təhlükəsizlik sahəsi bizim maraqlarımızın olduğu yerə qədər uzanır".
İranın beynəlxalq sularda mövcudluğunun qonşu ölkələrə təhlükəsizlik, sülh və qardaşlıq mesajı verdiyini bildirən general-mayor Səlami deyib:
"Bölgədə xarici rejimlərin mövcudluğu qəbuledilməzdir. Sionist İsrail rejimi özünü idarə edə bilməyən köksüz bir ağacdır".
İranın artıq regionda və dünyada “mühüm güc” kimi tanındığını qeyd edən general-mayor Səlami, “İran İslam Respublikasının gücünü heç kim inkar edə bilməz”, - deyə vurğulayıb.
İranın düşmənlərinin bölgədən qaçmasının yeganə səbəbinin İslam İnqilabı olduğuna diqqət çəkərək, "İraq, Suriya və Yəməndəki vətəndaş müharibəsi, qeyri-sabitlik və qətllər düşmənlərin apardığı siyasətin nəticəsidir” - qiymətləndirməsini edib.