İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Səlami ABŞ-ın siyasi arenada uğursuzluğa düçar olduğunu bəyan edərək, İranın düşmənlərinin artıq bir-birinə kömək belə edə bilməyəcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı, general-mayor Hüseyn Selami dünən iştirak etdiyi tədbirdəki çıxışında, ABŞ-ın sanksiyalar və maksimum təzyiq strategiyasının uğursuzluğa düçar olduğunu qeyd edərək bildirib:
"İqtisadi müharibədə olduğumuz zaman məğlub ölkə şəklinə malik olmamağımız qələbəyə işarədir. Bu, xalqın ölkənin hərbi, mədəni və siyasi tərəqqiyə doğru getdiyinə inandığını göstərir".
General Səlami İranın düşmənlərinin artıq bir-birinə kömək belə edə bilməyəcəklərini deyib:
"Bu gün nə Səudiyyə Ərəbistanı Amerika üçün bir şey edə bilər, nə də Amerika Səudiyyə Ərəbistanı üçün. ABŞ-a maliyyə yardımı edən Səudiyyə Ərəbistanı indi iqtisadi problemlərini həll etməkdə acizdir".
General-mayor Səlami ABŞ prezidenti Baydenin Yaxın Şərqə səfərinə toxunaraq deyib:
"Bayden bölgəyə etdiyi son səfərdən əliboş qayıtdı və heç bir uğur qazanmadı. Bu, İnqilab Rəhbərinin regionda apardığı məlumatlandırma tədbirlərinin nəticəsidir".