General Səlami: İran kosmosa öz peykini göndərən ilk müsəlman ölkəsidir

General Səlami: İran kosmosa öz peykini göndərən ilk müsəlman ölkəsidir

Böyük beynəlxalq sanksiyalar şəraitində İran kosmosda orbitə peyk çıxarıb.

Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı general-mayor Hüseyn Səlami bəyan edib.

O, kosmosda mövcudiyyəti inkişaf etmiş ölkələrin kriteriya və göstəricilərindən biri adlandırıb.

General Səlami bildirib ki, "İran xalqının övladları dinamik və yaradıcı zəkaya arxalanaraq, böyük şərəf və cihadla müsəlman xalq və İslam naminə, genişmiqyaslı beynəlxalq sanksiyalar mühitində, iman və iradə ilə səmanı açdılar və peyki kosmosda orbitə çıxara bildilər".

"İran İslam Respublikası kosmosa (öz) peyk(ini) göndərən ilk müsəlman ölkə oldu. Bu gün düşmənə qalib gələ bildik, bu qabaqcıl texnologiyaları və yeni bilikləri əldə edə və onları uğurlu məhsula çevirə bildik", - deyə o qeyd edib.

İranlı general vurğulayıb ki, bu nailiyyət İranı geridə qalmış etmək istəyən düşmənlərə qarşı texnologiya döyüşündə İranın qələbəsi deməkdir.

Xatırladaq ki, İran uğurlu şəkildə "Nur-2" adlı peyki "Qasid" daşıyıcı raketilə 500 km-lik orbitə çıxarıb.

Xəbəri paylaş

VİDEOLAR