General Səlami: Fələstin xalqını sona qədər dəstəkləyəcəyik!

General Səlami: Fələstin xalqını sona qədər dəstəkləyəcəyik!

İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami “Əziz Fələstin xalqını sona qədər dəstəkləyəcəyik” deyib.

Az.rasthaber.com xəbər verir ki, İranla Səddam rejimi arasında 8 ildir davam edən müharibədə həyatını itirən adı açıqlanmayan 120 şəhid üçün bu gün dəfn mərasimi keçirilib.

İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı, general-mayor Hüseyn Səlami burada çıxış edib.

Hüseyn Səlami Fələstindəki son hadisələrə toxunaraq deyib:

Fələstin səhnəsinə baxın və görün düşmənlərimiz nə qədər qəddar və qatildir. Amerika 45 ildir etdiyi səhvləri təkrarlayır və bu torpağı işğal etməklə qalib gələcəyini düşünür”.

General-mayor Səlami sözlərinə belə davam edib:

Amerika, İsrail və onların müttəfiqləri keçmişin ağrılı təcrübələrini təkrarlayırlar. Əfqanıstanın işğalı onlara qələbə gətirdimi? Onlar işğal olunmuş İraqda qala bildilərmi? Yavaş-yavaş bu torpaqları tərk etmək üzrədirlər. 50 milyondan çox insanın yoxsulluq həddinin altında yaşadığı Amerikanın daxili problemləri ilə məşğul olmaq əvəzinə, Suriya, Yəmən və İraqda pul xərclədiniz, uğursuzluğa düçar oldunuz və meydanı tərk etməli oldunuz.

Xəstəxanaları döyüş meydanına çevirmək sənət deyil, cinayətdir! Fələstinlilər əmin olmalıdırlar ki, şəhidlər verən bir millət əsirlikdə olmayacaq. Əziz Fələstin xalqını sona qədər dəstəkləyəcəyik!".

Xəbəri paylaş

VİDEOLAR