General Səlami: Düşmənlər bizimlə üz-üzə gəlməkdən qaçırlar

General Səlami: Düşmənlər bizimlə üz-üzə gəlməkdən qaçırlar

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı vurğulayıb ki, bu gün İslami İranın siyasi qərarları ABŞ seçkilərində həlledici rol oynayır və Ağ Evin gələcəyi Ayətullah Xomeyni adına hüseyniyyədən təsirlənir".

Az.rasthaber.comxəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı Məşhəddə keçirilən bir konfransda çıxışı zamanı deyib: "Bu gün ABŞ artıq bölgədəki planlarını həyata keçirə bilmir və planları mütləq məğlubiyyətə uğrayır".

General-mayor Səlami daha sonra əlavə edib: "Biz bir çox texnologiyalar sahəsində birinci yerdəyik və hətta bəzi supergüclər bizim silahlarımızı alır və birgə əməkdaşlıq təklif edirlər. Hava hücumundan müdafiə sistemləri sahəsində biz dünyanın üstün dövlətlərini geridə qoyduq". 

Səlami xarici güclərin bu torpaqlarda təkəbbür göstərdiyi fəsillərin geridə qaldığını bildirərək, deyib: "Bütün bunlar xaricilərdən heç bir gözləntimizin olmamasından irəli gəlir". 

"Biz müasir texnologiyalar istehsal və istifadə edirik və güclü olduğumuz üçün heç bir müharibədən narahat olmaq lazım deyil", - deyə SEPAH-ın baş komandanı qeyd edib.

O, vurğulayıb: "Sanksiyaları davam etdirsələr üzülməyəcəyik, çünki xaricilərdən heç bir dəstək gözləmirik".

Düşmənin rəhm etmədiyini deyən general-mayor Selami, əlavə edib: "Düşmən indiyə qədər bizə qarşı bacardığını edib. Gücümüz olmasaydı, bizə hücum edərdilər, amma güclü olduğumuz üçün bizimlə üz-üzə gəlməkdən qaçırlar və gücümüz gündən-günə artır".

SEPAH-ın baş komandanı baş komandanı daha sonra deyib: "Bu gün silahlarımızın stasionar və ya mobil hədəflərə diqqət səviyyəsi yüz faizdir. PUA-larımız süni intellektdən istifadə etməklə istənilən nöqtəni hədəfə ala bilir".

Xəbəri paylaş

VİDEOLAR