General Səlami: Düşmənin arzuları baş tutmayacaq!

General Səlami: Düşmənin arzuları baş tutmayacaq!

İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Selami deyib: “Düşmənin ölkəni parçalamaq arzusu gerçəkləşməyəcək”.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Səlami bu gün Qum şəhərində etdiyi çıxışında, İran öz təhlükəsizliyini, tərəqqisini və şərəfini ölkənin şəxsiyyətini formalaşdıran şəhidlərə borclu olduğunu bildirib.

General Səlami çıxışında bildirib:

"Bu gün düşmənlər İran millətinə kin bəslədikləri üçün xalqa qarşı böyük bir hiylə qurmağa çalışırlar. Düşmənin xalq arasında fitnə salmaq, ölkəni parçalamaq arzusu baş tutmayacaq.

Düşmənlər ölkəyə qarşı sanksiyalar tətbiq etməklə onu zəiflətmək istəyirdilər, lakin İran müxtəlif sahələrdə irəliləyiş əldə etdiyi üçün bu sanksiyaları neytrallaşdıra bildi.".

Xəbəri paylaş

VİDEOLAR