General-leytenant Rövşən Əkbərov həbs edilib.
Rasthaber Azərbaycan bildirir ki, məlumatı dünən "Qafqazinfo" saytı yayıb.
Bildirilir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Baş Prokurorluq məlumatı bu gün təsdiqləyib.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O və general-mayor Xəqani Cəbrayılov fevralın 8-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrilə vəzifələrindən azad ediliblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.