İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Kaani Fələstindəki vəziyyəti dəyərləndirərək, “Heç kim müqavimət cəbhəsini görməzlikdən gələ bilməz” deyib.
Az.rasthaber.com xəbər verir ki, mütəxəssislər Məclisinin iclasında çıxış edən İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani Fələstindəki vəziyyəti dəyərləndirib.
Briqada generalı Kaani bildirib ki, qərarlı Həmas müqavimətçiləri Əqsa tufanı əməliyyatı həyata keçirib və öz silahlarına arxalanaraq İsrail ordusuna meydan oxuyub.
Briqada generalı Kaani Qəzzada dinc əhalini qətlə yetirən sionist İsrailin hücumlarına reaksiya verərək deyib:
"Torpaqlarını və namusunu qorumağı bacaran fələstinli gənclər müqavimətləri ilə İsraili rüsvay etməyi bacardılar".
Briqada generalı Qaani deyib:
"Məhv edilmiş Qəzza mütləq yenidən qurulacaq, lakin işğal rejiminin itirdiyi nüfuzu bərpa etmək mümkün deyil.
Bu müharibə göstərdi ki, bir çox imkanlara malik olan müqavimət cəbhəsi bir-birinə bağlı bir qrupdur; Meydanda hələ də bütün imkanlarını nümayiş etdirməyən müqavimət cəbhəsini heç kim görməzlikdən gələ bilməz".
Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində işğal rejiminə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başladıqlarını açıqlayıb.
İşğal ordusu eyni tarixdə onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma keçdiyini də bildirib.
İşğalçı rejim qadın və uşaqların da olduğu qırğınlarını davam etdirir.