İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Seyd Əbdürrəhim Musəvi Qətərin müdafiə məsələləri üzrə baş nazirin müavini ilə telefon danışığında bildirib: “Silahlı Qüvvələrimiz zorakılıq qarşısında tam gücü ilə dayandı və təcavüzkarlara qüdrətlə cavab verdi.”
Az.rasthaber.com xəbər verir ki, Xalid bin Məhəmməd əl-Ətiyyə Qətər dövlətinin baş nazir müavini və müdafiə məsələləri üzrə müşaviri, telefonla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Seyid Əbdürrəhim Musəvi ilə danışıb.
General Musəvi söhbətin əvvəlində qeyd edib ki, Qətər dövləti İranın dost ölkələrindən biridir və iki ölkə arasında yaxın siyasi münasibətlər mövcuddur. O, İranın ərazi bütövlüyünün pozulmasına qarşı Qətər dövlətinin dəyərli mövqelərinə görə təşəkkür edib və əlavə edib: “Qətər dövləti həm də Fələstin xalqının haqlı mübarizəsini qətiyyətlə dəstəkləyən ölkələrdəndir.”
O vurğulayıb ki, İran İslam Respublikasının bu 12 günlük məcburi müharibədə haqlı mövqeyi dünya dünyaya sübut olundu. Müsəlman xalqlar, müsəlman dövlətlər və bütün azadlıqsevərlər İranın mövqeyini qətiyyətlə dəstəklədilər və dünyaya aydın oldu ki, Amerika və sionist rejim heç bir beynəlxalq prinsip və normalara əməl etmir.
General Musəvi əlavə edib: “Amerika bu 12 günlük müharibədə sionist rejimə hərtərəfli dəstək verdi, informasiya və logistik sahələrdə tam şəkildə rejimin əməliyyatlarını dəstəklədi. İran Silahlı Qüvvələri isə tam gücü ilə zorakılığa qarşı dayandı və təcavüzkarlara qüdrətlə cavab verdi.”
Xalid bin Məhəmməd əl-Ətiyyə isə söhbətin əvvəlində şəhid general Baqirinin və digər şəhid komandirlərin şəhadəti münasibətilə başsağlığı verərək bildirdi: “Qətər dövləti ilk gündən İsrailin İran İslam Respublikasına qarşı təcavüzünü pisləmiş və qarşı tərəflərə açıq şəkildə bildirmişdir ki, Qətərin hava və ərazi məkanından müharibə üçün istifadə edilməsinə icazə verilməyəcək. Qətər daim diplomatik və qarşılıqlı anlaşma yolu ilə məsələlərin həllini dəstəkləyir.”
Tərəflər sonda ikitərəfli hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparıb və bu istiqamətdə əlaqələrin inkişafına təkid ediblər.