General Həftərə bağlı SQ-in komandiri öldürüldü

General Həftərə bağlı SQ-in komandiri öldürüldü

Ona Benqazidə sui-qəsd törədilib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Liviyada Beynəlxalq Cinayət Məhkəməsi  tərəfindən həbs qərarı çıxarılan General  Həftərə mənsub silahlı  qüvvələrin  komandiri  Mahmud el-Varfalli Benqazidə  təşkil  edilən sui-qəsd nəticəsində həyatını  itirib.

Liviya  mediasında əks  edən məlumata  görə Varfalli Benqazi şəhərindəki Ərəb Tibb Universitetinin yaxınlığında həyata  keçirilən hücum nəticəsində  ölüb.

Qeyd  edək ki Beynəlxalq Cinayət Məhkəməsi   2017-ci ildə hərbi cinayət  ilə  ittiham   etdiyi  Varfalli  haqqında həbs  qərarı  çıxarmışdı.

Avropa İttifaqı isə 2020-ci ilin sentyabrında,  üç  təşkilat ilə  yanaşı  Verfelli və başqa bir nəfəri  Liviyada insan haqlarını pozduqları səbəbi ilə sanksiya siyahısına salmışdı.   

Xəbəri paylaş

VİDEOLAR