General Hacızadə: Bu gün müqavimət mehvəri təkcə İran deyil

General Hacızadə: Bu gün müqavimət mehvəri təkcə İran deyil

"Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olamalıdırlar."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib.

General Əmirəli Hacızadə Yəmənin "Al Masirah"  telekanalı ilə müsahibədə deyib:  "Bu gün müqavimət mehvəri təkcə İran deyil. Müqavimət mehvərinin genişliyi Qırmızı dənizdən Aralıq dənizinədək və Yəmənin Ənsarullah hərəkatından Livan Hizbullahınadək uzanır."
General Hacızadə İraqın Ayn al Asad hərbi bazasında amerikalı hərbçilərin tələfatına işarə edərək "Amerika hökumətinin Ayn al Asad tələfatını etiraf etməməsi amerikalı rəsmilərin zəlilliyinin nişanəsidir.", -deyə bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı amerikalıların Sepah-ın Ayn al Asad  bazasına qarşı raket hücumu nəticəsində ABŞ hərbçilərinin beyin travması aldıqlarını etiraf etmələri haqda isə bunları deyib: "Vaşinqton gələcəkdə hazırda beyin travması aldıqlarını iddia etdiyi əsgərlərin öldüklərini etiraf edəcək."

Xəbəri paylaş

VİDEOLAR