G7 Talibanı tanıyacaqmı?

G7 Talibanı tanıyacaqmı?

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen G7 ölkələri liderləri ilə Talibanı siyasi olaraq tanımamaqla bağlı eyni fikirdə olduqlarını deyib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Ursula von der Leyen və Aİ Şurasının sədri Çarlz Mişel (Charles Michel) Əfqanıstan gündəmiylə əlaqədar İngiltərənin sədrliyi ilə videokonfrans yoluyla keçirilən G7 Zirvə Toplantısından sonra ortaq mətbuat konfransında çıxış ediblər.

  Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von deyər Leyen deyib: "Aİ Əfqanıstanda işləyənləri və onların ailələri də daxil olmaqla personalının çoxunu çıxardığından böyük məmnunluq duyuram.

  G7 ölkələri olaraq Əfqanıstan xalqını mümkün olan ən yüksək səviyyədə dəstəkləməkdə qərarlıyıq. 3 milyon 700 min nəfər yerindən-yurdundan edilib. Bunların böyük əksəriyyəti qadın və uşaqlardır.

  Humanitar yardım mövzusu hakimiyyəti tanıma məsələsindən ayrıdır.

  G7 ölkələri Talibanı siyasi olaraq tanımama ilə bağlı fikir birliyi içindədir.

  İnkişaf üçün yardımlar hal-hazırda dondurulub və gələcəkdə də təməl dəyərlər və insan haqlarına riayət şərtinə bağlı olacaq”.

  Aİ Şurasının sədri Çarlz Mişel isə öz növbəsindəki çıxışında bunları söyləyib: “Aİ üçün onlara çalışan əfqanıstanlılar və ailələrini ölkədən etibarlı çıxarmaq əsas prioritetdir.

  Əfqanıstanlılara havalimanı və transit keçidlərdə rahatlıq təmin edilməlidir.

  Ölkələrindən ayrılmaq məcburiyyətində qalan əfqanıstanlıların təhlükəsizliyi və uyğun şərtlərdə yaşamalarını təmin etmək üçün üzərimizə düşəni edəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR