Fəxrətdin Altun TUSAŞ-dakı terrorla bağlı açıqlama verib

Fəxrətdin Altun TUSAŞ-dakı terrorla bağlı açıqlama verib

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun TUSAŞ-ın istehsal obyektində baş vermiş terror aktı ilə bağlı bəyanat verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Fəxrətdin Altun  Türkiyəyə qarşı terror təhlükəsi sona çatana qədər mübarizələri həm sərhəd daxilində, həm də xaricində davam edəcəyini bildirib.

Fəxrəddin Altun Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin Kahramankazandakı şəhərciyində baş verən terror hadisəsi nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. O, bu dəhşətli hücumdan sonra müvafiq qurumlar tərəfindən lazımi araşdırmaların aparıldığını vurğulayıb.

Fəxrəddin Altun sosial media platformalarının terror təbliğatına zəmin hazırlayan məzmunlara icazə verməmələrinin və cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün daha məsuliyyətli olmalarının vacibliyini qeyd edib. Eyni zamanda, media orqanlarının terrorla bağlı xəbərləri diqqətlə hazırlamaqlarının mühüm olduğunu, bunun terrorun yayılmasının qarşısını almaqda əhəmiyyətli rol oynayacağını bildirib.

Vətəndaşlardan dezinformasiya xarakterli xəbərlərə etibar etməmələrini və yalnız rəsmi mənbələrin yaydığı məlumatlara əsaslanmalarını xahiş edən Fəxrəddin Altun mübarizələrinin terror təhlükəsi bitənə qədər davam edəcəyini bir daha vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR