Fələstin Fəth Hərəkatının İnqilab Şurasının üzvü Teysir Nəsrullah ABŞ-ın əslində Fələstin dövlətinin yaradılmasında maraqlı olmadığını və buna hazır olmadığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Nəsrullah Sputnik-ə verdiyi açıqlamada bildirib:
"Müharibənin son 4 ayında Vaşinqton İsrailin hərəkətlərinə müdafiə və dəstək verdi. İsrail hökumətinə təzyiq tətbiq edilməsində həlledici amil ABŞ hökumətinin özünün münasibətidir".
Nəsrullah İsrailin ancaq təzyiq altında 1967-ci ildə işğal etdiyi Fələstin torpaqlarından geri çəkilməyə məcbur edilə biləcəyini deyib:
“O zaman Fələstin xalqı paytaxtı Qüds olmaqla öz müstəqil dövlətini qura, sonra fələstinli qaçqınlar öz evlərinə qayıda bilərlər. Ancaq Fələstin dövlətinin yaradılması məsələsi indi demək olar ki, bağlanıb”.
Nəsrullah ABŞ-ın Qəzzada müharibənin davam etməsini təmin etmək üçün bütün dünyanın gözü qarşısında veto hüququndan istifadə etdiyinə də diqqət çəkib.
Dekabrın 8-də Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edərək, Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsinə mane oldu. BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü sənədin qəbuluna səs verib.