Fəth: ABŞ və İsrail HƏMAS-la birliyimizi istəmir və qəbul etmir

Fəth: ABŞ və İsrail HƏMAS-la birliyimizi istəmir və qəbul etmir

ABŞ və İsrail FƏTH-lə HƏMAS arasında ittifaqı rədd edir.

Rasthaber Azərbaycan Fələstin mənbələrinə istinadla xəbər verir ki, belə bir bəyanatla Fələstin FƏTH hərəkatının Mərkəzi Komitəsinin baş katibi Cibril ər-Rucub rəsmi Fələstin televiziyasında çıxış edib.

“Biz hamı üçün açıq təşkilatıq, bizim layihəmiz millidir və kimsəyə veto qoymuruq. HƏMAS hərəkatı da milli layihənin ortağıdır. Biz işğala qarşı birgə fəaliyyətin tərəfdarıyıq. Amma ABŞ və İsrail HƏMAS-la birliyi qəbul etmir”, – Cibril deyib.

Rucub qeyd edib ki, Fələstin administrasiyası bütün fələstinlilərin təmsil olunacağı Milli Şuranı formalaşdırmağa çalışır.

Xatırladaq ki, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın dekabrın 15-də imzaladığı sərəncama əsasən bu il mayın 22-də Fələstində parlament, iyulun 31-də isə prezident seçkiləri keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR